Məşhur çay evində əxlaqsızlıq yuvası
Binəqədi rayonunda əxlaqsızlıq yuvası aşkarlanıb.
"Ucnoqta.az" xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əxlaqsızlıq yuvası aşkarlanıb.
Xaçmaz rayon sakini Heybət Nemətovun Binəqədi rayonu ərazisindəki "New Life" çay evində gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etdiyi məlum olub.
Qeyd edək ki, sözügedən çay evi mediada tez-tez reklam olunurdu və məşhur ulduzların sevimli məkanı olduğu bildirilirdi.
Məlumata görə, "New Life" cay evini Xaçmaz rayon sakini Heybət Nemətov işlətsə də, adıçəkilən çay evi məşhur müğənni Elçin Hüseynova məxsusdur. Hətta o, "New Life" çay evinin açılışınıda bir çox məşhurlarla birgə iştirak edib.
Mediainfo.az
Digər xəbərlər