Ombudsman nümayəndələri həbsxanalara baş çəkiblər
Ombudsmanın nümayəndələri – işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupun üzvləri Penitensiar Xidmətin 12, 13 və 14 saylı cəzaçəkmə müəssisələrinə baş çəkiblər.
12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan İslam Partiyasının lideri Mövsüm Səmədovla görüş keçirilib, saxlanma şəraiti araşdırılıb.
13 saylı cəzaçəkmə müəssisəsinin karantin otağında saxlanılan Müsavat başqanının müavini Tofiq Yaqublu da qəbul edilib. Tofiq Yaqublu saxlanılma şəraiti və rəftarla bağlı narazı olmadığını bildirib.
14 saylı cəzaçəkmə müəssisəsində qəbul edilmiş jurnalist Sərdar Əlibəylinin də şikayəti olmayıb.
Bu görüşlər zamanı qaldırılan məsələlərlə əlaqədar ombudsman müvafiq səlahiyyətli dövlət orqanlarına müraciət edib.
Xəbəri "Media forum" saytına Ombudsman Aparatının mətbuat xidməti verib.
Mediainfo.az