Bilgəhdə maskalı şəxslər bankomatı partladıblar!
Quldurların axtarışı davam etdirilir
Ötən gecə Bilgəh qəsəbəsində maskalı və silahlı şəxslər Üzeyir Hacıbəyov küçəsində yerləşən Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatı partladaraq, orada olan pulu da götürüb hadisə yerindən qaçıblar.
Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Mediainfo.az
Digər xəbərlər