Qaçırdığı qızı boğub öldürdü
Oktyabrın 9-da Ağcabədi rayonunun Hacıbədəlli kəndində Gəncə şəhər sakini Səltənət Əliyevanın meyiti tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olub.
İlkin araşdırmalar zamanı S. Əliyevanın oktyabrın 8-də Gəncə şəhərindən həmyerlisi Aydın Qasımov tərəfindən evlənmək məqsədi ilə oğurlanaraq Hacıbədəlli kəndinə aparılması və aralarında baş vermiş münaqişə zəminində onun tərəfindən boğulması müəyyən edilib.
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A. Qasımov tutulub.
Mediainfo.az
Digər xəbərlər