Şirkət direktorunun külli miqdarda pulunu apardılar
Bakıda şirkət direktorun otağından külli miqdarda pul oğurlanıb. Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, sentyabrın 25-də "Vüqar-4" MMC-nin ofisindən oranın direktoru Mustafa Cabbarovun iş otağından 7600 manat oğurlanıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini Zahir Quliyev tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Mediainfo.az
Digər xəbərlər