Avtomobillərin qənimləri ifşa edildi
Sumqayıt şəhərində avtomobillərdən oğurluq edən şəxs həbs edilib. Bu barədə Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Vasif Mürsəlova, Valeh Nuriyevə və Elsevər Babayevə məxsus avtomobillərdən maqnitofon, səsgücləndirici və pul oğurlanıb. Zərərçəkmişlər hadisə ilə bağlı 3-cü polis bölməsinə şikayət ediblər. Şikayətçilər avtomobillərinin gecə saatlarında evlərinin qarşısında qarət olunduğunu deyiblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Zakir Nurəliyev tutulub. Zakir Nurəliyev əvvəllər məhkum olunub.
Faktla bağlı cinayət işi başlanıb.
Mediainfo.az
Digər xəbərlər