İsmayıllıda baş vermiş yol qəzası ilə bağlı cinayət işi açıldı
Ötən gün günorta saatlarında İsmayıllı rayonunda 9 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin cəsədlərinin hamısı ekspertizadan keçirilərək ailələrinə təhvil verilib və qəzanın baş vermə səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.
Qeyd edək ki, yol qəzası ötən gün saat 13:30 radələrində yolun 193-cü kilometrliyində, İsmayıllı rayonunun Qubaxəlilli kəndində qeydə alınıb. "Mercedes" markalı minik maşını qarşı tərəfdən gələn 23-BX-232 dövlət nömrə nişanlı, "Mitsubishi Pajero" markalı minik maşını ilə toqquşub. Baş verən yol qəzasında "Mitsubishi Pajero" markalı minik maşının sürücüsü, Göyçay rayonu Potu kənd sakini Əsgərov Bəxtiyar Firudin oğlu ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Əsgərova Nahidə Seyfəddin qızı, atası 1936-cı il təvəllüdlü Əsgərov Firudin Ələkbər oğlu, anası 1938-ci il təvəllüdlü Əsgərova Lumu Kərim qızı aldığı ağır bədən xəsarətləri səbəbindən dünyasını dəyişib.
Həmçinin, Ağsudan Göyçayın Şahsoltanlı kəndinə toy mərasiminə gedən maşın karvanındakı "Mercedes" markalı minik avtomobilinin sürücüsü - Ağsu şəhər sakini, 1962-ci il təvəllüdlü Məmmədov Davud Məmməd oğlu, eləcə də sərnişinlər - Ağsu sakinləri, 1963-cü il təvəllüdlü Məmmədova Jalə Qubadəli qızı, 2014-cü il təvəllüdlü Bədəlova Mələk Rauf qızı, 1985-ci il təvəllüdlü Məhərrəmli Günel Veyis qızı, 2008-ci il təvəllüdlü Məhərrəmov Ramiz Rüstəm oğlu, 1990-cı il təvəllüdlü Bədəlova Gülay Davud qızı aldıqları ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib.
Avtomobillərin toqquşması səbəbindən Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti bir saatdan çox müddətdə məhdudlaşıb.
Mediainfo.az
.jpg)








































































.jpg)


.jpg)















