Gülənçi polislərə qarşı əməliyyat - 14 polis həbs edildi!
Türkiyənin beş şəhərində gülənçi polislərə qarşı əməliyyat keçirilib.
Avropa.info-nun məlumatına görə, 14 polis həbs edilib. Onlardan birinin keçmiş kəşfiyyat rəisi olduğu bildirilir. Əməliyyat Terrorla Mübarizə İdarəsi tərəfindən həyata keçirilib və Antaliya, Mersin, Şanlıurfa, Diyarbəkir şəhərlərini əhatə edib.
Həbs olunanlar arasında keçmiş yüksək rütbəli polis zabitləri çoxluq təşkil edir. Şübhəlilər "Qanunsuz yollarla Telefon dinlədəmək", "Şəxsi mənfəəti üçün qruplaşma yaratmaq", "Xəbərin gizliliyini faş etmək", "Şəxsi həyata müdaxilə", "Rəsmi sənədləri saxtalaşdırmaq"da günahlandırılır.
Mediainfo.az
Digər xəbərlər

.jpg)



























































































