Kredit borcunu ödəmək üçün 20 bankı soydu

Kredit borcunu ödəmək üçün 20 bankı soydu

29 Sentyabr 2014 13:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin iyul-avqust aylarında Rusiyanın Peterburq şəhərinin 20 bank filialı və maliyyə təşkilatı bir nəfər tərəfindən qarət edilib. Rusiya DİN regional baş idarəsindən İnterfax-a verilən məlumata görə, 38 yaşlı şəxs bütün cinayətlərini eyni ssenari üzrə həyata keçirib. O, qarət edəcəyi banka müştəri qismində daxil olaraq, birbaş müdirin və ya menecerin otağına keçir və travmatik tapança ilə hədə-qorxu gələrək kassanı soyur. Daha sonra iz buraxmadan hadisə yerini tərk edir. Maraqlıdır ki, cinayətkarın quldurluq yolu ilə əldə etdiyi məbləğ elə də böyük olmayıb, 400 min rus rublundan (8080 manat) bir qədər çox.

O, növbəti qarət planını həyata keçirməyə hazırlaşarkən metronun "Ozyorki" stansiyası yaxınlığında polis əməkdaşları tərəfindən yaxalanıb. Cinayətkardan travmatik silah müsadirə edilib. Hələlik adı açıqlanmayan həmin şəxs çoxsaylı kredit borcları ucbatından cinayət yoluna əl atmaq məcburiyyətində qaldığını bildirib.

Onun barəsində RF CM-nin 162-ci, Quldurluq maddəsi üzrə cinayət işi açılıb, istintaq gedir.

Mediainfo.az