Görmə və eşitmə qabiliyyəti zəif olan qadını maşın vurub öldürdü

Görmə və eşitmə qabiliyyəti zəif olan qadını maşın vurub öldürdü

29 Sentyabr 2014 10:58
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 215-ci kilometrliyində, Göyçay şəhərindən keçən Göyçay çayı üzərindəki körpünün üstündə xoşagəlməz hadisə baş verib. Belə ki, Bığır kənd sakini, 1954-cü il təvəllüdlü Mustafayev Arif Əsəd oğlu idarə etdiyi "VAZ 2106" markalı minik maşını ilə hərəkətdə olarkən yolu keçən piyadanı - Bığır kənd sakini, 1927-ci il təvəllüdlü İbadova Əzizəxanım Sahib qızını vurub. Sürücü xəsarət alan qadını öz avtomobilinə qoyaraq təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Həkimlərin səyinə baxmayaraq, qadın dünyasını dəyişib. Məlumata görə, yaşlı qadının görmə və eşitmə qabiliyyəti zəif olub və gecənin qaranlıq vaxtı yolu keçərkən ehtiyatsızlıq edib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Mediainfo.az