Bakıda narkotik satıcısı tutuldu
Bakı sakinindən külli miqdarda narkotik vasitə götürülüb. Bakı Şəhər Baş Polis İdarəsindən Apa-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi, Narkotiklərlə Mübarizə Bölməsi və 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Keşlə qəsəbə sakini Vladimir Valeriyeviçdən 0,094 qram heroin, 6.12 qram marixuana, yaşadığı evdən isə 8 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb. Onun narkotik satışı ilə məşğul olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər

.jpg)




























































































