Həbsxanaya narkotik keçirmək cəhdinin qarşısı alındı
Azərbaycanda növbəti dəfə həbsxanaya narkotik keçirmək cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyinin Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 maddəsinə əsasən həbs edilmiş şəxs Elbrus Gülbala oğlu Cavadova tanışı, Sumqayıt şəhəri, 17-ci mikrorayon ev 18, mənzil 33 ünvanında yaşayan vətəndaş Rauf Akif oğlu Kazımovun gətirdiyi sovqata baxış keçirilən zaman "OZMO" kətəsinin içərisində sellofan paketlərə bükülərək gizlədilmiş xalis çəkisi 3,761 qram olan narkotik vasitə - tiryək, xalis çəkisi 0,840 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 0,73 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Mediainfo.az































































































