Şadlıq evində yanğının qarşısı alındı

Şadlıq evində yanğının qarşısı alındı

29 Sentyabr 2014 09:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Bakıda şadlıq evlərinin birində yanğının qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus üçmərtəbəli şadlıq evinin 2-ci mərtəbəsinin mətbəxində 1 ədəd plafon yanmış və yüksək temperaturdan lambirdən ibarət tavan 0,5 kv.m sahədə qarsalanıb. Yanğının şadlıq evinin qalan hissələrinə yayılmasının qarşısı alınıb. Bina yanğından mühafizə olunub. Yanğın saat 05:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mediainfo.az