Özünü asmış 24 yaşlı Masallı sakininin həyatını xilas etmək mümkün oldu

Özünü asmış 24 yaşlı Masallı sakininin həyatını xilas etmək mümkün oldu

28 Sentyabr 2014 13:55
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən axşam saatlarında Masallıda intihara cəhd hadisəsi qeydə alınıb.

Apa-nın məlumatına görə, hadisə rayonun Kalinovka kəndində baş verib. Kənd sakini, 1990-cı il təvəllüdlü Əlyar Şakir oğlu Fərəcov özünü yaşadığı evdə asıb. Yaxınları tərəfindən asılmış vəziyyətdə aşkarlanan Ə.Fərəcov dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyətinin ağır olduğu bildirilir. Onun intihara cəhd etməsinin səbəbi açıqlanmır.

Faktla bağlı rayonun prokurorluğunda araşdırma aparılır.

Mediainfo.az