5 uşaq anasını döyərək öldürən ər həbs edildi
Sentyabrın 24-ü İsmayıllı rayonunun Girki kənd sakini Şöhrət Qarayev Qarayeviç dostlarından birinin məclisində qonaq olub və orada spirtli içki qəbul edib. Axşam saatlarında evinə qayıdan ərin həyat yoldaşı ilə mübahisəsi düşüb. Sərxoş Ş.Qarayev həyat yoldaşını qonşuluqdakı kişiyə baxıb güldüyü səbəbilə döyməyə başlayıb. Nəticədə Vəliyeva Hilalxan Elçin qızına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Qadın xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Baş nayihəsindən aldığı güclü zərbələr onun ölümünə gətirib çıxarıb.
İsmayıllı Rayon Polis Şöbəsindən bildirildi ki, faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd edək ki, dünyasını dəyişən qadın 5 uşaq anası idi və ən kiçik övladı 3 həftə əvvəl dünyaya gəlib.
Mediainfo.az
.jpg)





























































































