Avtomobil oğruları tutuldu
Sumqayıt şəhərində avtomobil oğurluğu edən şəxslər həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, şəhər sakini Ramin Musayevə məxsus "Honda" markalı avtomobil sentyabrın 23-də evinin qarşısından oğurlanıb. O, avtomobilinin oğurlanması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə məlumat verib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini Yusif Muradovu həbs ediblər.
Sumqayıt polisi avtomobil oğrusunun tutulması ilə bağlı daha bir əməliyyat keçirib. Keçirilən əməliyyat nəticəsində sentyabrın 24-də Bəxtiyar Əlizadəyə məxsus "VAZ-2107" markalı avtomobili qaçırmış şəhər sakini Orxan Vəliyev tutulub.
Hər iki faktla bağlı cinayət işi başlanıb.
Mediainfo.az
.jpg)



















































































.jpg-2.jpg)










