Türkiyədə 3 azərbaycanlı tələbə avtomobil qəzasında öldü, biri yaralandı

Türkiyədə 3 azərbaycanlı tələbə avtomobil qəzasında öldü, biri yaralandı

26 Sentyabr 2014 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Uşak şəhərində 3 azərbaycanlı tələbə avtomobil qəzasında ölüb. Apa-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ölənlərin Uşak Universitetinin Maliyyə fakültəsinin 2-ci kurs tələbəsi Ülvi Sərdarov, İdarəetmə fakültəsinin 2-ci kurs tələbəsi Elvin Bəhramlı və digər tələbə Anar Musayev olduğu bildirilir.

Məlumata görə, azərbaycanlı tələbə Əli Kərimlinin idarə etdiyi avtomobil İzmir-Ankara yolunda dirəyə çırpılıb və daha sonra başqa avtomobillə toqquşub. Ülvi Sərdarov və Elvin Bəhramlı hadisə yerində, Anar Musayev isə xəstəxanada dünyasını dəyişib. Qəzada xəsarət alanlar da olub, onlardan birinin azərbaycanlı tələbə Mayis Həsənov olduğu açıqlanıb.

Mediainfo.az