Gəncədə 23 yaşlı gənc bıçaqlandı

Gəncədə 23 yaşlı gənc bıçaqlandı

26 Sentyabr 2014 10:48
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə 23 yaşlı gənc bıçaqlanıb. Gəncə şəhər Təcili Tibbi yardım Xəstəxanasından Apa-ya verilən məlumata görə, şəhər sakini, Nəriman Nərimanov prospektində yaşayan, 1991-ci il təvəllüdlü Məmmədov Sirac Yasin oğlu bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal əməliyyat edilən gəncin vəziyyəti orta ağır qiymətləndirilir. Onun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az