11 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirilmək cəhdinin qarşısı alındı
Bakıda cəzaçəkmə müəssisəsinə qanunsuz yolla telefon keçirilmək cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Mediainfo.az-a verilən məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3; 234.4.1; 234.4.2; 234.4.3 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Hikmət Həsən oğlu Feyziyevin yanına qısamüddətli görüşə gəlmiş anası, Şirvan şəhəri, M.Əsədov küç. 7 ünvanında yaşayan vətəndaş Dünyaxanım Hidayət qızı Feyziyevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman əl çantasının içərisində gizlədilmiş 1 ədəd "KENEKSİ" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Mediainfo.az
.jpg)





























































































