46 yaşlı Sumqayıt sakini özünü asdı
Sumqayıtda intihar hadisəsi baş verib. Sumqayıt Şəhər Prokurorluğundan Apa-ya verilən məlumata görə, hadisə Z.Tağıyev qəsəbəsində qeydə alınıb. Orada yaşayan, 1968-ci il təvəllüdlü Vahid Oruc oğlu İbrahimov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər
.jpg)





























































































