Avropada 1000-dən çox cinayətkar ələ keçirildi
Cinayətkarlardan 600 kq kokain, 200 kq heroin, 1,3 ton anaşa müsadirə edilib, 30 uşağın satışının qarşısı alınıb
Avropa dövlətlərinin polis orqanları eyni vaxtda bir neçə əməliyyat həyata keçiriblər. Əməliyyatlar zamanı 1000 nəfərdən çox cinayətkar zərərsizləşdirilib.
Fransanın Le Figaro qəzetinin məlumatına görə, əməliyyatlar əvvəlcədən planlaşdırılıb və koordinasiya edilib. 20 min polisin iştirak etdiyi tədbir 15-23 sentyabr tarixlərində gerçəkləşdirilib.
Məlumatda bildirilir ki, yüzlərlə obyektdə aparılmış axtarış tədbirləri zamanı cinayətkarlardan 600 kq kokain, 200 kq heroin, 1,3 ton anaşa müsadirə edilib, həmçinin 30 uşağın satışının qarşısı alınıb.
Mediainfo.az
Digər xəbərlər

.jpg)




























































































