Azərbaycanda 22 sentyabrın rəsmi kriminal xronikası
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, respublikanın daxili işlər orqanları tərəfindən dünən gün ərzində 65 cinayət faktı qeydə alınmış, onların da 33-ü "isti izlər"lə açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 4 nəfər yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 36 nəfər tutulmuşdur.
Gəncə şəhər sakini Kamal Zeynalovdan narkotik vasitə götürülmüşdür
22.09.2014
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Kamal Zeynalov 300 qram marixuana satarkən tutulmuşdur. Onun evinə baxış zamanı isə 12 kiloqram 550 qram marixuana aşkar edilərək götürülmüşdür.
Bakı şəhər sakini Çingiz Hacıyevdən nömrəsi silinmiş tapança və 3 ədəd patron götürülmüşdür
22.09.2014
Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Çingiz Hacıyevdən nömrəsi silinmiş "Makarov" markalı tapança və 3 ədəd patron götürülmüşdür.
Axtarışda olan Tehran Osmanov tutulmuşdur
22.09.2014
Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Tehran Osmanov tutulmuşdur.
Sabirabad rayon Çiçəkli kənd sakini Rza Qubadovdan narkotik vasitələr aşkar edilərək götürülmüşdür
22.09.2014
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çiçəkli kənd sakini Rza Qubadovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 267 kiloqram olan 74 ədəd çətənə kolu, evindən isə 10 kiloqram 325 qram marixuana, 1 ədəd əldəqayırma tüfəng, 26 ədəd müxtəlif çaplı patron, 22 ədəd giliz və 250 qram barıt aşkar edilərək götürülmüşdür.
Oğurluq etmiş Bakı şəhər sakini Tural Nəsrullayev, Ağdam rayon sakini İlhamiz İsmayılov və Ağstafa rayon sakini Fərid Rəhimov tutulmuşlar
22.09.2014
Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də Aydın Dostəliyevə məxsus mağazadan 500 manat və tütün məmulatı oğurlamış Bakı şəhər sakini Tural Nəsrullayev, Ağdam rayon sakini İlhamiz İsmayılov və Ağstafa rayon sakini Fərid Rəhimov tutulmuşlar.
Şərur rayonunun İbadulla kənd sakini Rəbi Məmmədov tapdığı silah-sursatı təhvil vermişdir
22.09.2014
Şərur rayonunun İbadulla kənd sakini Rəbi Məmmədov tapdığı qaz tapançasını, 468 ədəd müxtəlif çaplı patronu, 1 ədəd patron darağını və 1 ədəd pulemyot lentini könüllü olaraq RPŞ-yə təhvil vermişdir.
Oğurluq etmiş Gəncə şəhər sakini Samir Abdullayev tutulmuşdur
22.09.2014
Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 1-də Dilqəm Həsənova məxsus köşkdən 1077 manatı oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Abdullayev tutulmuşdur.
Avtomobili qaçırdığına görə tutulmuş Bakı şəhər sakini Elşən Məmmədovun digər cinayət əməlləri də müəyyən edilmişdir
22.09.2014
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Məcid Babayevə məxsus "VAZ-2107" markalı avtomobili qaçırmış Bakı şəhər sakini Elşən Məmmədov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun sentyabrın 14-də Elnur Babayevə məxsus "VAZ-21011" markalı avtomobili qaçırması, sentyabrın 2-də Taleh Gülüşova məxsus "VAZ-2106" markalı avtomobildən isə pul və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.
Avtomobil qaçırmış Bakı şəhər sakini Elçin Quliyev tutulmuşdur
22.09.2014
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 21-də Fəxrəddin Qasımova məxsus "VAZ-2106" markalı avtomobili qaçırmış Bakı şəhər sakini Elçin Quliyev tutulmuşdur.
Bakı şəhər sakini Elvin Şirinov münaqişə zəminində Ağakərim Şəmidzadəyə bıçaqla xəsarət yetirmişdir
22.09.2014
Sentyabrın 22-də Yasamal rayonu D.Bünyadzadə küçəsində Bakı şəhər sakini Elvin Şirinov münaqişə zəminində Ağakərim Şəmidzadəyə bıçaqla xəsarət yetirmişdir.
Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Şirinov tutulmuşdur.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında qəza hadisəsi
22.09.2014
Sentyabrın 22-də saat 09 radələrində Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında Abşeron rayon sakini Səfa Qeybullayev idarə etdiyi "Daewoo" markalı avtomobillə yolu keçən İmişli rayon sakini Mütəllim Qənbərovu vurmuşdur. Piyada hadisə yerində ölmüşdür.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Xətai rayonu A.Cəlilov küçəsində yol-nəqliyyat hadisəsi
22.09.2014
Sentyabrın 22-də saat 23 radələrində Xətai rayonu A.Cəlilov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Svetlana Ağayeva vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Cəlilabad rayon sakini Aqil Bağırov narkotik vasitədən zəhərlənmişdir
22.09.2014
Sentyabrın 21-də Cəlilabad rayon sakini Aqil Bağırov narkotik vasitədən zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.
Araşdırma aparılır.
Şəki şəhərinin Biləcik kəndində yol-nəqliyyat hadisəsi
22.09.2014
Sentyabrın 22-də saat 00.30-da Şəki şəhərinin Biləcik kəndində şəhər sakini İlham Ramazanov idarə etdiyi "Mercedes" markalı mikroavtobusu aşırmışdır.
Sürücü və 20 sərnişini xəstəxanaya yerləşdirilmişlər (Avtomobil qarşısına qəflətən çıxmış atı vurması nəticəsində aşmışdır. Sərnişinlər Balakən rayonunda keçirilmiş toydan sonra evlərinə qayıdırmışlar).
Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.
Mediainfo.az
.jpg)





























































































