Ağcabədidə ağır yol qəzası baş verdi
Ağcabədidə 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 17 km aralı) "VAZ" markalı 2 minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş vermişdi. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "VAZ" markalı minik avtomobilində olan 3 nəfər sərnişin ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmişlər. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən 3 nəfərin cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 02:44-də başa çatmışdır.
Mediainfo.az
.jpg)





























































































