Faiq Qarayevin meyiti əzilmiş maşınından çıxarıldı
FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sabirabad rayonu, Qaratəpə kəndi ərazisində yol-nəqliyyat qəzası qeydə alınıb. FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, "QAZel" markalı yük avtomobili ilə "KİA" markalı minik avtomobili toqquşub və minik avtomobilinin sürücüsü, 1993-cü il təvəllüdlü Faiq Ədalət oğlu Qarayev qəza nəticəsində hadisə yerində dünyasını dəyişib. Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü F.Qarayevin cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Mediainfo.az
.jpg)








































.jpg)





















































