Şamaxıda baş verən yol qəzasında ölənlərdən biri jurnalist olub

Şamaxıda baş verən yol qəzasında ölənlərdən biri jurnalist olub

22 Sentyabr 2014 11:02
Bəyəndim (0) Bəyənmədim (0)

Şamaxıda baş verən ağır yol qəzasında ölən şəxslərdən biri jurnalist olub. Bu barədə APA-ya "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal məlumat verib.

A. Camal qeyd edib ki, ötən gecə Bakı-Şamaxı yolunda baş verən qəzada dünyasını dəyişən şəxslərdən biri Fuad Abdürrəhmanlı "Türküstan" qəzetinin saytında redaktor vəzifəsində çalışıb. Mərhum bu gün Şəkidə dəfn ediləcək.

Xatırladaq ki, ötən gecə Bakı-Şamaxı yolunda ağır avtomobil qəzası baş verib. 4 nəfər dünyasını dəyişib. Belə ki, "Mercedes" və "KamAZ" markalı maşınların toqquşması nəticəsində "Mercedes"in sürücüsü, Şəki sakini, 1966-cı il təvəllüdlü İsmayılov Əlövsət Tahir oğlu, onun sərnişinləri - həmyerliləri, 1981-ci il təvəllüdlü Məmmədov Elçin Rasim oğlu, 1973-cü il təvəllüdlü Hüseynov Elşad Hikmət oğlu və 1986-cı il təvəllüdlü Abdürrəhmanlı Fuad Şahid oğlu qəzada aldıqları ağır xəsarətlərdən dünyalarını dəyişiblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən, cinayət işi açılıb, araşdırma aparılır.

Mediainfo.az