
Azərbaycanlı "mafioz"a ömürlük həbs istənilib
Türkiyədə bir necə ay öncə rus və azərbaycanlılar arasında baş verən atışma ilə bağlı istintaq başa çatıb. Edirnə şəhərində mafiya üzvləri arasında baş verən atışmada bir polis şəhid olmuşdu. Hadisədən sonra polisi ürəyindən güllə ilə vuran azərbaycanlı Mahir Şükürov qaçsa da, bir necə gün sonra o saxlanılıb.
Hadisə ilə bağlı 7 nəfər saxlanılıb. Məhkəmə qarşısına çıxarılanlar arasında Mahir Şükürovdan başqa 27 yaşlı Namiq Umudov, 30 yaşlı Quara Əliyev də var. Polisin qətlində ittiham edilən Mahir Şükürova ağırlaşdırılmış ömürlük həbs cəzası istənilib. Digərlərinin isə sənədsiz silah saxlama ittihamı ilə 3-5 il həbsi tələb edilib.
Xatırladaq ki, hadisə iyun ayının 9-da baş verib. Mafiya üzvlərinin silahlı insidentinə müdaxilə edərkən şəhid olan 33 yaşlı polisin qatili iyunun 18-də saxlanılıb. /ans/
Mediainfo.az