
Qubada çaya düşən 8 yaşlı oğlanın meyiti tapıldı
Qubada çaya düşən 8 yaşlı oğlanın meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 19 sentyabr 2014-cü il tarixində Qudyalçay çayının Quba rayonu ərazisindən keçən hissəsində batmış 2006-cı il təvəllüdlü Fərid Elxan oğlu Qədirovun axtarışları başa çatıb. F.Qədirovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:33-də başa çatıb.
Medainfo.az
Digər xəbərlər