
Çəngəllə cinayət törətdi
Bakıda quldurluq hadisəsi baş verib. Belə ki, Gürcüstan Respublikasında anadan olmuş 1987-ci il təvəllüdlü Salahlı Seymur Səməd oğlu polisə müraciət edərək iki nəfərin hücumuna məruz qaldığını bildirib. 27 yaşlı oğlan qeyd edib ki, saat 00:30 radələrində Salyan yolu küçəsindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında tanışı Orxan adlı şəxs tanımadığı bir nəfərlə birgə ona qarşı zorakılıq edib. Onlar S.Salahlının boğazına çəngəl dirəyiblər və zor tətbiq edərək boyunbağısını çıxarıblar.
Hazırda faktla bağlı araşdırmalar aparılır.
Mediainfo.az
Digər xəbərlər