Oğru uzağa gedə bilmədi

Oğru uzağa gedə bilmədi

19 Sentyabr 2014 15:51
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhərində aptekdən oğurluq edən şəxs həbs edilib. Bu barədə Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Gəncə şəhər sakini Esmira Həsənovaya məxsus aptekdən pul və mobil telefon oğurlanıb. Esmira Həsənova oğurluq hadisəsi ilə bağlı Kəpəz rayon Polis İdarəsinə şikayət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Əliyar Əsgərov tutulub.

Mediainfo.az