
Keçmiş dostunu bıçaqladı
Xaçmazda baş verən bıçaqlanma barədə bəzi təfərrüatlar məlum olub. Xaçmaz rayon polis şöbəsinin rəis müavini Valik Vəlimətovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə keçmiş dostlar arasında qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Vüqar Tacəddin oğlu Mahmudovu yaxın dostu 1987-ci il təvəllüdlü Mircəlal Mircəfər oğlu Ağayev bıçaqlayıb. Onun sözlərinə görə, hadisə şəxsi münaqişə zəminində baş verib.
Keçmiş dostunu bıçaqlayan Mircəlal Ağayev polis tərəfindən saxlanılıb.
Hazırda xəstəxanada müalicə alan Vüqar Mahmudov ANS PRESS-ə müsahibə verməkdən imtina edib. Lakin ondan fərqli olaraq Mircəlal Ağayev hadisənin mübahisə zəminində baş verdiyini bildirib.
"Düzdür, söyüş söyməyib. Amma o, elə hərəkət etdi ki, onu mütləq vurmalıydım", - deyə Mircəlal Ağayev bildirib.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az