Xaçmaz sakini boğazından və sinəsindən bıçaqlandı

Xaçmaz sakini boğazından və sinəsindən bıçaqlandı

19 Sentyabr 2014 09:46
Bəyəndim (0) Bəyənmədim (0)

Xaçmaz şəhəri ərazisində bıçaqlanma faktı qeydə alınıb. Apa-nın məlumatına görə, Xaçmaz şəhər sakini, 1988-ci il təvəllüdlü Mahmudov Vüqar Tacəddin oğlu boğaz və döş qəfəsindən çoxsaylı bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Ona boynun və döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub, vəziyyəti ağırdır.

Hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb, araşdırmalar davam etdirilir.

Mediainfo.az