Dünən avtobus dayanacağında ölən şəxs xalq artisti imiş! - FOTO
Eldar Axundov ürək çatışmamazlığından keçinib
Dünən avtobus dayanacağında dünyasını dəyişən şəxsin kimliyi müəyyənləşib. Bu, 1948-ci il təvəllüdlü Bakı şəhər sakini Eldar Axundov olub.
Qeyd edək ki, E.Axundov Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solisti olub. 2006-cı ildə "Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə və Silahlı Qüvvələrdə uzunmüddətli məhsuldar işinə görə" ona xalq artisti fəxri adı verilib. Mərhum müğənni prezident təqaüdçüsü idi.
Xatırladaq ki, dünən 28 may metrosunun yaxınlığında, avtobus dayanacağının qarşısında üzərində zorakılıq əlamətləri olmayan, 50-55 yaşında olduğu güman edilən kişi meyiti tapılmışdı. Mərhumun ürək tutmasından öldüyü ehtimal edilirdi.
Allah rəhmət eləsin!
Mediainfo.az
Digər xəbərlər
.jpg)










































































.jpg-2.jpg)



















