Bakı sakini övladına görə arvadını öldürdü

Bakı sakini övladına görə arvadını öldürdü

15 İyun 2011 16:08
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən Lənkəran rayon sakini Arif İbrahimovun məhkəməsi başa çatıb. İttihama görə, Xırdalan şəhərində yaşayan Arif İbrahimov həyat yoldaşı Seyidxanım Məmmədovanın başını kəsib.

Orta məktəbdə dərsdə nadinclik etdiyinə görə qızı Leylanı danlayan İbrahimov arvadının müdaxiləsinə dözə bilməyib. Təqsirləndirilən Arif İbrahimov ilkin ifadəsində bildirib ki, orta məktəbdən bəri sevdiyi həyat yoldaşını öldürmək fikri olmayıb. O, ilk mübahisədən sonra əsəblərini sakitləşdirmək məqsədilə həyətə çıxıb. Evə qayıdanda isə Seyidxanım qapını açmaq istəməyib. Münaqişənin qızışdığını görən qızı qonşuları köməyə çağırmaq üçün çölə qaçıb. Arif İbrahimov qızının dalınca gedib. Qayıdanda isə həyat yoldaşı onu əlində bıçaqla qarşılayıb: "Bıçağı əlindən aldım. Necə oldu bıçaq ona girdi, bilmirəm".

Bütün tərəfləri dinləyən hakim heyəti hökm elan edib. Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Arif İbrahimov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Halbuki, həmin bıçaqla bir vaxtlar alma kəsilib ailə üzvləri arasında bölünərdi. İndi o günlər nağıla döndü. Nağıllarda olduğu kimi göydən üç alma düşdü, hərəsi birinin...

Hafiz Əhmədov

O.M.