Qısqanclıq zəminində arvadını bıçaqladı
İyunun 14-də saat 18.30 radələrində Xətai rayonu ərazisində yaşayan Gürcüstan vətəndaşı Malik Əliyev qısqanclıq zəminində arvadı Aytən Həsənovaya kürək nahiyəsindən bıçaqla xəsarət yetirib. A. Həsənova xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır. Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M. Əliyev tutulub.
Qadınlar qısqanclığı bağışlamırlar. Onun olmamasını isə heç bağışlamırlar. Hər şey ifrat dərəcəyə qalxanda isə acı nəticələr olur.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər