“Baku Steel Company” MMC-nin sex rəisi partlayış nəticəsində ölüb

“Baku Steel Company” MMC-nin sex rəisi partlayış nəticəsində ölüb

16 Sentyabr 2014 13:13
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün 15-də saat 18:00 radələrində Bakının Nərimanov rayonunda güclü partlayış baş verib. Hadisə Z.Bunyadov prospektində yerləşən "Baku Steel Company" MMC-nin oksigen sexində qeydə alınıb. Belə ki, sexdə qaz balonu sınaqdan keçirilərkən partlayış baş verib. Partlayış nəticəsində sex rəisi, Sumqayıt şəhər sakini Rasim Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb. Oranın işçilərı - Bakı şəhər sakinləri Sahil Bayramov və Zəfər Ağayev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdrma aparılır.

Mediainfo.az