
Azərbaycanda 15 sentyabrın rəsmi kriminal xronikası
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, dünən respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 46 cinayət faktı qeydə alınmış, onların da 25-i "isti izlər"lə açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 2 nəfər yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 32 nəfər tutulmuşdur.
Quldurluq etmiş Ağcabədi rayon sakini Orxan Səfərov tutulmuşdur
15.09.2014
Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də Seymur Salahlının qızıl boyunbağısını quldurluq yolu ilə almış Ağcabədi rayon sakini Orxan Səfərov tutulmuşdur.
Oğurluq etdiklərinə görə tutulmuş Siyəzən rayon sakini Səmiyar Quliyev, Bakı şəhər sakini Fətulla Əzizov və Masallı rayon sakini Məhəmməd Həbibovun digər cinayət əməlləri müəyyən edilmişdir
15.09.2014
Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də Rəşad Nəbiyevə məxsus "Hyundai" avtomobildən avtoregistrator və açar oğurlamış Siyəzən rayon sakini Səmiyar Quliyev, Bakı şəhər sakini Fətulla Əzizov və Masallı rayon sakini Məhəmməd Həbibov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların sentyabrın 13-14-də İntiqam Hüseynova, Mahir Əsədliyə məxsus avtomobillərdən pul və məişət əşyaları oğurlamaları, habelə Kərim Əbdülrəhmanzadəyə məxsus avtomobildən oğurluğa cəhd göstərmələri də müəyyən edilmişdir.
Bakı şəhər sakini Mətanət Əsgərovanın qadınları fahişəliyə cəlb etməsi müəyyən edilmişdir
15.09.2014
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Mətanət Əsgərovanın gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilmişdir.
Araşdırma aparılır.
700 manat oğurlamış Gəncə şəhər sakini Əliyar Əsgərov tutulmuşdur
15.09.2014
Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 10-da Firuzə Məmmədovaya məxsus mağazadan 700 manat oğurlamış Gəncə şəhər sakini Əliyar Əsgərov tutulmuşdur.
Oğurlamış Göyçay rayon Ləkiçılpaq kənd sakini Natiq Hüseynov və Bakı şəhər sakini Alim Əliyev tutulmuşlar
15.09.2014
Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də Şahin Hüseynovun evindən 10000 manat oğurlamış Ləkiçılpaq kənd sakini Natiq Hüseynov və Bakı şəhər sakini Alim Əliyev tutulmuşlar.
4 baş qoyun oğurlamış Tovuz rayon İbrahimhacılı kənd sakinləri Şakir Məmmədov və Mehman Əliyev tutulmuşlar
15.09.2014
Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 7-də Müzəffər Abdıyevin həyətindən 4 baş qoyun oğurlamış İbrahimhacılı kənd sakinləri Şakir Məmmədov və Mehman Əliyev tutulmuşlar.
Ağcabədi rayonunun Hacıbədəlli kəndində yol-nəqliyyat hadisəsi
15.09.2014
Sentyabrın 15-də saat 08 radələrində Ağcabədi rayonunun Hacıbədəlli kəndində rayon sakinləri Nizami Qasımovun idarə etdiyi "T-28" markalı traktorla Elşən Qədimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşmuşdur. E.Qədimov və 2 sərnişini xəstəxanaya yerləşdirilmiş, onlardan Zəkiyyə Əliyeva ölmüşdür.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.
Nərimanov rayonu F.X.Xoyski küçəsində yol-nəqliyyat hadisəsi
15.09.2014
Sentyabrın 15-də saat 02 radələrində Nərimanov rayonu F.X.Xoyski küçəsində "Grand Cheroke" markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişi vurulmuş və həmin şəxs hadisə yerində ölmüşdür.
Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Yevlax şəhərində yol-nəqliyyat hadisəsi
15.09.2014
Sentyabrın 15-də saat 10 radələrində Yevlax şəhərində rayon sakini Hüseyn Nadirov idarə etdiyi "Nissan" markalı avtomobillə yolu keçən Pakizə Heydərovanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada ölmüşdür.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.
Şəki rayonu Aşağı Göynük kəndində yol-nəqliyyat hadisəsi
15.09.2014
Sentyabrın 15-də saat 18 radələrində Şəki rayonu Aşağı Göynük kəndində Zaqatala rayon sakini Elməddin Qocayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən kənd sakini Faiq Tahirovu vurmuşdur. Piyada hadisə yerində ölmüşdür.
Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.
"Baku Steel Company" MMC-nin oksigen sexində qaz balonu sınaqdan keçirilərkən partlayış baş vermişdir
15.09.2014
Sentyabrın 15-də saat 18 radələrində Nərimanov rayonu Z.Bunyadov prospektində yerləşən "Baku Steel Company" MMC-nin oksigen sexində qaz balonu sınaqdan keçirilərkən partlayış baş vermişdir. Nəticədə sex rəisi, Sumqayıt şəhər sakini Rasim Hüseynov xəstəxanaya aparılarkən yolda ölmüş, oranın işçiləri - Bakı şəhər sakinləri Sahil Bayramov və Zəfər Ağayev xəstəxanaya yerləşdirilmişlər.
Lənkəran şəhər sakini Əlövsət Axundov hündürlükdən yıxılaraq aldığı xəsarətdən ölmüşdür
15.09.2014
Sentyabrın 15-də Lənkəran şəhər sakini Əlövsət Axundov şəhərdə işlədiyi inşa edilən binanın 3-cü mərtəbəsindən yıxılmış və hadisə yerində ölmüşdür.
Mediainfo.az