Çoxsaylı oğurluqlar etmiş şəxs tutulub

Çoxsaylı oğurluqlar etmiş şəxs tutulub

15 İyun 2011 13:48
Bəyəndim (0) Bəyənmədim (0)

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu sakini Rahib Nəcəfov tutulub. R. Nəcəfov aprel-iyun ayları ərzində Fərmail Vəliyeva məxsus mobil telefon, Ruslan Şirəliyeva məxsus 300 manat və 500 dollar pul, Vüsal Kazımova məxsus 1500 manat pul, Samir Məmmədova məxsus mobil telefon, Niyaməddin Babayevə məxsus mobil telefon, Bəhrəm Bəylərzadəyə məxsus mobil telefon, Fərid Rəsulova məxsus 300 manat və 2 ədəd mobil telefonu oğurlamaqda təqsirli bilinib.

Etdiyi oğurluqlar onun azadlığını oğurladı.

Tofiq Əliyev

O.M.