Bakıda sürücünün ölümü ilə nəticələnən avtomobil qəzası baş verdi

Bakıda sürücünün ölümü ilə nəticələnən avtomobil qəzası baş verdi

15 Sentyabr 2014 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Bakıda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə sentyabrın 14-də Nərimanov rayonu, Ə. Əliyev küçəsində qeydə alınıb.

1986-cı il təvəllüdlü Rasif Süleymanovun idarə etdiyi "Opel" və 1981-ci il təvəllüdlü Şahin Məmmədovun idarə etdiyi KİA markalı avtomobillər toqquşub.

Nəticədə "Opel"in sürücüsü hadisə yerində dünyasını dəyişib.

Mediainfo.az