
Bakıda avtomobil elektrik dirəyinə çırpıldı
Dünən günorta saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus "TOYOTA" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə avtomobilin yanar hissələri və yaxınlıqda olan 3 ədəd ağac yanıb. Avtomobilin qalan hissəsi və ağaclar yanğından mühafizə olunub. Yanğın saat 04:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mediainfo.az
Digər xəbərlər