Gənc residivist türmədən qaçıb
ABŞ-ın Ohayo ştatında 2012-ci ildə 3 məktəblini qətlə yetirdiyindən ömürlük həbsdə olan gənc türmədən qaçıb.
2012-ci ilin fevralında Şardon şəhərində yerləşən məktəbin yeməkxanasında insanlara atəş açan 19 yaşlı Tomas Leyn şərtli azad etmə imkanı olmadan ömürlük həbsə məhkum edilmişdi.
Prokurorluq qeyd etmişdi ki, Leyn atəş açarkən atəş açdığı insanlar arasında heç bir fərq qoymayıb. Onun qurbanı 3 məktəbli olmuşdu. Leyn qarabasmalar və psixozdan əziyyət çəkməyinə baxmayaraq məhkəmə çətin yeniyətmələr üçün məktəbdə oxuyan Leynin cinayəti törədərkən özünü idarə etdiyini təsdiqləmişdi. O, şərtli azad etmə imkanı olmadan ömürlük həbsə məhkum edilmişdi. Mühakimə tərəfi Leynin edamını tələb edə bilmədi. Belə ki, cinayəti törədərkən Leyn yetkinlik yaşına çatmamışdı.
Məlumata görə, cümə axşamı Leyndən ayrı Laym şəhərindəki türmədən daha 2 məhkum qaçıb. Onlardan biri artıq ələ keçirilib. Qaçışın necə baş veridiyi barədə məlumat verilmir. Qaçanların axtarışı şəhərkənarı meşələrdə olduğu kimi, türməyə yaxın yaşayış yerlərində də aparılır.
Polis xəbəri təşvişlə qarşılayan şəhər sakinlərinin diqqətli olmasını, şübhəli şəxlər gördükləri halda tez polisə bildirmələri haqda xəbərdarlıq edib.
Mediainfo.az
.jpg)





























































































