İki nəfər bıçaqlayan tutuldu
Bakının Sabunçu rayonunda kütləvi dava zamanı iki nəfəri bıçaqlayan həbs edilib. Bu barədə Suraxanı Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da Süleyman Kasıyevə və Nicat Hüseynliyə bıçaq xəsarəti yetirməklə sağlamlığına ağır zərər vurmuş Bakı şəhər sakini Pavel Pimenov tutulub.
Qeyd edək ki, hadisə Hövsan qəsəbəsinin İlqar Əhlimanov küçəsində baş verib. Təxminən 10 nəfərin iştirak etdiyi davada soyuq silahdan da istifadə edilib, 2 nəfər yaralanıb. Yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.
Mediainfo.az
Digər xəbərlər
.jpg)










































































.jpg-2.jpg)



















