Cəlilabaddakı qətlin şok detalları

Cəlilabaddakı qətlin şok detalları

10 Sentyabr 2014 14:44
Bəyəndim (0) Bəyənmədim (0)
Qonşusunu yataq otağında tutdu

İşığı yandıran zaman qonşusu ilə qarşılaşıb

Dünən gecə Cəlilabad rayonunun Maşlıq kəndində qısqanclıq zəminində baş vermiş qətlin təfərrüatı məlum olub. Cəlilabad Rayon Polis Şöbəsindən verilən xəbərə görə, 1991-ci il təvəllüdlü Elxan Hüseynov qonşusu 1991-ci il təvəllüdlü Habil Şahbalayevə 7 bıçaq zərbəsi endirib. Bıçaq zərbələri nəticəsində H.Şahbalayev keçinib. Cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən E.Hüseynov saxlanılıb.

İlkin dindirmə zamanı saxlanılan E.Hüseynov deyib ki, H.Şahbalayev onunla birlikdə həmkəndlilərinin toyunda iştirak edib. Daha sonra H.Şahbalayev ona yaxınlaşaraq evə getdiyini bildirib. E.Hüseynov isə ona toyda qalıb əylənməyi məsləhət görüb.
Ancaq E.Hüseynov toyda az qalıb. Bir müddətdən sonra o, evə qayıdıb və yataq otağına keçib. E.Hüseynovun sözlərinə görə, işığı yandıran zaman H.Şahbalayevlə qarşılaşıb.
E.Hüseynov bildirib ki, evin yataq otağına daxil olanda həyat yoldaşı otaqda olmayıb. Qadın daha sonra bildirib ki, həmin vaxt qayınanasına banka qoymağa gedibmiş. Beləliklə ,qonşusunu yataq otağında görən E.Hüseynov bıçağı götürərək H.Şahbalayevə zərbələr endirib. İkinci aldığı çoxsaylı zərbələrdən ölüb.

E.Hüseynovun təqsiri sübuta yetirilərsə Cinayət Məcəlləsinə görə onu 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Həm E.Hüseynovun, həm də H.Şahbalayevin bir yaşlı övladı var.

Mediainfo.az