Cəfər Teymurovu öldürəən şəxs həbs edildi

Cəfər Teymurovu öldürəən şəxs həbs edildi

10 Sentyabr 2014 10:26
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Bakı şəhərində qətl hadisəsi törədilib. Belə ki, saat 16:30 radələrində paytaxtın Bəhruz Nuriyev küçəsində naməlum şəxs bıçaqla Bakı şəhər sakini Cəfər Teymurova xəsarət yetirib. O, aldığı xəsarətdən xəstəxanada ölüb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Şahnamiq Hüseynov Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən yaxalanıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Mediainfo.az