Hövsanda kütləvi dava baş verib, yaralananlar var

Hövsanda kütləvi dava baş verib, yaralananlar var

10 Sentyabr 2014 10:19
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Hövsan qəsəbəsinin İlqar Əhlimanov küçəsində kütləvi dava baş verib. Təxminən 10 nəfərin iştirak etdiyi davada soyuq silahdan da istifadə edilib, 2 nəfər yaralanıb. Yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

Yaralılar - kürəyindən bıçaq xəsarəti alan 1993-cü il təvəllüdlü Hüseynli Nicat Hüseyn oğlu və ayağından bıçaqlanan 1994-cü il təvəllüdlü Xasıyev Süleyman Füzuli olğludur.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsində araşdırma aparılır.

Mediainfo.az