Dost qatilinin məhkəməsi başladı

Dost qatilinin məhkəməsi başladı

8 Sentyabr 2014 16:54
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt sakini Yusif Ələkbərzadənin məhkəmə prosesi başlayıb.

Mediainfo.az xəbər verir ki, Bakıxanov qəsəbəsində yerləşən 96 saylı orta məktəbin həyətində Yusif Ələkbərzadə aralarında yaranan mübahisə zamanı dostu, Yevlax rayon sakini Elçin Abbasova ürək nahiyəsinə bıçaq zərbəsi endirib və hadisə yerindən qaçıb. Abbasov xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Qeyd edək ki, Ələkbərzadə həmin gecə saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edib. Proses davam edir.