"Amay" ticarət mərkəzinin həbsdə olan rəhbəri haqda yenilik var
"AMAY" ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. A. Abdullayevin vəkili Əkbər Bağırov bildirib ki, Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Vəkil həmin qərardan apellyasiya şikayəti verəcəyini söyləyib.
Qeyd edək ki, A. Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.
Mediainfo.az
Digər xəbərlər































































































