
Yanacaqdoldurma məntəqəsinə basqın edən şəxs ələ keçib
Abşeronda yanacaqdoldurma məntəqəsinə basqın edən tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Abşeron rayon polis şöbəsi əməkdaşları tərəfindən həyata keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində "Petrolux" yanacaq doldurma məntəqəsində, oranın müdiri Novruz Qərənizadənin otağından 2800 manat oğurlayan Bakı şəhər sakini Elba Əhmədov tutulub. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs əvvəllər də məhkum həyatı yaşayıb. Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər