Üç nəfəri bıçaqlayan şəxs tutuldu

Üç nəfəri bıçaqlayan şəxs tutuldu

8 Sentyabr 2014 10:34
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 3 nəfəri bıçaqlayan şəxs həbs edilib. BHadisə sentyabrın 5-də Binəqədi qəsəbəsi yeni yaşayış massivində qeydə alınıb. Naməlum şəxs bıçaqla İmişli rayon sakinləri - Tural Rüstəmova, Tacəddin Abbasova və Anar Rüstəmova xəsarət yetirib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Valeh Həsənov tutulub. Faktla bağlı araşdırmza aparılır.

Mediainfo.az