Cibgir yaxalandı

Cibgir yaxalandı

6 Sentyabr 2014 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

Sentyabrın 5-də Lökbatan qəsəbəsində naməlum şəxs Bakı şəhər sakini Qabil İsayevin cibindən içərisində 100 ABŞ dolları olan pul kisəsini götürərək qaçıb.

Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin və 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Şabran rayon sakini, 1993-cü il təvəllüdlü Emin Mirzəyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 5 qramdan artıq marixuana götürülüb.

Mediainfo.az