
Türkiyədə polislərin həbsi davam edir
Türkiyədə "Paralel dövlət" əməliyyatı çərçivəsində saxlanılan polislərdən 5 nəfəri həbs olunub. Avropa.info-nun məlumatına görə, həbs olunanlardan biri keçmiş maliyyə şöbəsinin müdiri Yaqub Sayqılıdır. Polislərin həbs səbəbi "dövlət çevrilişinə cəhd"dir.
1 sentyabrda İstanbulun 16 rayonunda "Paralel polis"lərə qarşı əməliyyatda 33 polis saxlanılmışdı. Dünən məhkəməyə aparılan 16 şübhəlidən 8-i sərbəst buraxılmışdı. Həbs edilən 8 nəfər isə "dövlət çevrilişi"ndə şübhəli bilinir.
Mediainfo.az
Digər xəbərlər